9 ildir aliment ödəməyən kişi- 9 aylıq həbs edildi

9 ildir aliment ödəməyən kişi- 9 aylıq həbs edildi

Hazırda oxunan: 9 ildir aliment ödəməyən kişi- 9 aylıq həbs edildi
621281
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Binəqədi rayonunda boşandıqdan sonra ona təyin edilmiş alimenti ödəməyən şəxs həbs olunub.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsi hökm çıxarıb.

Belə ki, 1986-cı il təvəllüdlü İlqar Atayevin (şərti ad-soyadlı) keçmiş həyat yoldaşı məhkəməyə müraciət edərək əri ilə 2017-ci ildə boşandığını və övladının onda qaldığını, buna görə aliment təyin edildiyini bildirib. O qeyd edib ki, keçmiş əri 9 il müddətində aliment ödəməkdən boyun qaçırıb və 10 min manatdan artıq borc formalaşıb.
 

Məsələ ilə bağlı məhkəmə qərar çıxarsa da və qadının keçmiş əri inzibati qaydada həbs edilsə də, irəliləyiş əldə olunmayıb. Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 306-cı (Məhkəmə qərarına əməl edilməməsi) maddəsi ilə iş açılıb.


Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs taksi sürücüsü olduğunu, aylıq 700 manat gəlir əldə etdiyini deyib. Keçmiş arvadı isə İlqarın qazancının daha çox olduğunu və aliment ödəməkdən qəsdən imtina etdiyini bildirib.

Hökmə əsasən, 40 yaşlı kişiyə doqquz ay həbs cəzası verilib və o, məhkəmə zalında qandallanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO