İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb.
Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələrin (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbərlərinin iştirakı nəzərdə tutulur.
Ortaq tarixə, milli-mənəvi, dini və mədəni dəyərlərə malik türk dövlətləri arasında birgə fəaliyyətin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədini daşıyan görüş çərçivəsində bir sıra aktual məsələlərin müzakirəsi planlaşdırılır.
Görüşün əsas mövzularından biri TDT çərçivəsində dini məsələlər üzrə dövlət qurumlarının əməkdaşlıq mexanizminin yaradılmasıdır. Bu təşəbbüs iştirakçı dövlətlər arasında müvafiq sahə üzrə koordinasiyanın gücləndirilməsinə, həmçinin işçi platformasının formalaşdırılmasına xidmət edir.
Həmçinin toplantının rəsmi hissəsinin yekununda əldə olunan razılaşmaları əks etdirən Kommünikenin imzalanması gözlənilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:54 / 24.06.2026
Şuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək
Hazırda oxunan: Şuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək
Hazırda oxunan: Şuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək
621245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































