Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş belə xilas edildi – VİDEO

Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş belə xilas edildi – VİDEO

Hazırda oxunan: Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş belə xilas edildi – VİDEO

621233

Paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal cəlb edilib.
 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Ford” markalı avtomobilin səkiyə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verdiyi və avtomobilin sürücüsünün müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.


Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə 1987-ci il təvəllüdlü vətəndaş Xalid Hatəm oğlu Abbasovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO