Xankəndidə iki nəfər HƏBS OLUNDU

Xankəndidə iki nəfər HƏBS OLUNDU

Hazırda oxunan: Xankəndidə iki nəfər HƏBS OLUNDU

621018

Xankəndidə kafedə insident olub.

Bizim.Media xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən “Kafe 014” adlı obyektdə qeydə alınıb.

Tərtib olunan protokola əsasən 28 yaşlı Faiq Baxışov və 23 yaşlı Tacir Quliyev (ad və soyadlar şərti) gecə saat 1 radələrində həmin kafedə yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb.

Mübahisə zamanı onlar sərxoş olduqları üçün nalayiq ifadələr işlədiblər və dostlardan biri bəzi əşyaları sındırıb.

Ərazidə xidmətdə olan polis əməkdaşları onlara yaxınlaşıb irad bildirsələr də, Tacir qanuni tələbə məhəl qoymayıb. Nəticədə hər ikisi saxlanılaraq şöbəyə aparılıblar.

Burada onların barəsində müvafiq maddələrlə protokollar tətbiq olunub.

Məhkəmənin qərarı ilə Faiq 8, Tacir isə 9 gün müddətinə inzibati qaydada həbs olunublar. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO