“Yay günüdür, evdə uşaq, yaşlı var, su olmayanda nə edə bilərsən? Bura kənd deyil ki, səhəngi çiynimizə alıb gedib bulaqdan su gətirək. Bura Bakıdır...”
Bizim.Media xəbər verir ki, bu şikayətlə İTV-yə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yaşayan sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, hazırda qəsəbədə 50-yə yaxın ailə susuz qalıb.
“Bizə vəd veriblər ki, su veriləcək, amma verilməyib. Çənim bomboşdur. Suya görə çox əziyyət çəkirik...” , - qəsəbə sakini Rasim Ağayev bildirib.
Sakinlər dəfələrlə aidiyyəti quruma müraciət etsələr də, problemin həll olunmadığını deyirlər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edilib ki, paytaxtın Suraxanı rayonu da daxil olmaqla 11 rayonun su anbarında qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məsədilə texniki işlər davam etdirilir:
“Buna görə də verilən suyun həcmi müvəqqəti olaraq azaldılıb. Nəticədə, müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. İki gün ərzində su tədarükünü stabilləşdirmək mümkün olacaq”.
Daha ətraflı süjetdə:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:18 / 23.06.2026
“Bura Bakıdır, kənd deyil ki, səhənglə bulaqdan su gətirək...”– Video
Hazırda oxunan: “Bura Bakıdır, kənd deyil ki, səhənglə bulaqdan su gətirək...”– Video
Hazırda oxunan: “Bura Bakıdır, kənd deyil ki, səhənglə bulaqdan su gətirək...”– Video
620970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































