TikTok-da yayılan yeni "qəribə" TREND

TikTok-da yayılan yeni "qəribə" TREND

Hazırda oxunan: TikTok-da yayılan yeni "qəribə" TREND

620533

Sosial şəbəkə istifadəçiləri TikTok-u bürüyən yeni, bir çoxlarının fikrincə isə "tamamilə lazımsız" olan bir trendə görə həyəcan təbili çalırlar. Dəb (fəşn) sahəsində fəaliyyət göstərən bloqerlər izləyicilərin diqqətini cəlb etmək üçün videolarına alt paltarında, bəzən isə yarıçılpaq halda başlamağa üstünlük verirlər.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, dəb və həyat tərzi bloqerləri üçün klassikaya çevrilən "Mənimlə birlikdə hazırlaş" (Get Ready With Me) formatının bu təxribatçı variantı etik sərhədlər barədə qızğın müzakirələr başladıb.

Belə çarxlarda kontent yaradıcıları kameraya arxasıyarıçılpaq dayanaraq bədən xətlərini nümayiş etdirir, daha sonra isə geyinməyə başlayırlar.

Ekspertlər və istifadəçilər həmrəydirlər ki, bu trend auditoriyanın diqqətini fokusda saxlamağın çətinləşdiyi bir dövrdə bilərəkdən atılan bir addımdır. "Meta" şirkətinin daxili göstəricilərinə görə, alqoritmlərə istifadəçinin videoya baxıb-baxmayacağını təyin etmək üçün cəmi üç saniyə kifayət edir. Kadrdakı çılpaqlıq isə ekranı vərəqləyən insanı dayandırmaq üçün güclü vizual "tələ" funksiyasını yerinə yetirir.

Avstraliyalı tanınmış tiktoker Coella Cekson trendi açıq şəkildə tənqid edən video yayaraq geyim icmallarının bu cür həddindən artıq seksuallaşdırılmasını qınayıb.

Onun 300 mindən çox baxış toplayan videosu qısa müddətdə virusa çevrilib:

"Mən sizin büstqalter geyinməyinizə baxmaq istəmirəm, bunu özüm də bacarıram".

Şərhlərdə isə fikirlər tamamilə bölünüb. Tənqidçilər bu növ kontentlərin rəqəmsal iz buraxdığını və uşaqlar üçün zərərli olduğunu bildirərək Coellanı dəstəkləyiblər. Bloqerlərin müdafiəsinə qalxanlar isə bunun bir özünüifadə forması olduğunu və bəyənməyənlərin sadəcə videonu keçə biləcəyini arqument gətiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO