Arda Gülər məğlubiyyətə görə xalqdan üzr istədi: “Utanırıq” – VİDEO

Arda Gülər məğlubiyyətə görə xalqdan üzr istədi: “Utanırıq” – VİDEO

Hazırda oxunan: Arda Gülər məğlubiyyətə görə xalqdan üzr istədi: “Utanırıq” – VİDEO

620386

Dünya Mempionatının D Qrupunda Türkiyə-Paraqvay qarşılaşmasından sonra Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər məğlubiyyətə görə xalqdan üzr istəyib.

Bizim.Media xəbər verir ki, futbolçu oyundan sonra “TRT Spor”a açıqlamasında bunları deyib.
 

"Düzünü desəm, deyəcək çox şey yoxdur. Çox üzr istəyirik, utanırıq. Bütün xalqımızdan üzr istəyirik. Gələcək turnirlərdə əlimizdən gələni edəcəyik. Hər turnirdə bunun əvəzini çıxmaq üçün əlimdən gələni edəcəyəm. Biz çox böyük komandalarda oynayırıq, bu baş verməməli idi. Üzr istəyirik."


Xatırladaq ki, bu səhər baş tutan D Qrupunun ikinci matçında Türkiyə Paraqvaya 1-0 hesabı ilə məğlub olduqdan sonra 2026-cı il FİFA Dünya Kubokundan kənarlaşdırıldı. Matias Galarza matçın yeganə qolunu 64-cü saniyədə vurdu.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO