Borca görə universitetlərdən xaric edilən tələbələrin SAYI

Borca görə universitetlərdən xaric edilən tələbələrin SAYI

Hazırda oxunan: Borca görə universitetlərdən xaric edilən tələbələrin SAYI

620283

Təhsil müəssisələri tələbələrin təhsil aldığı müddətdə baş verən xaricolunma, bərpa, ixtisasdəyişmə, təhsilalma formasının dəyişməsi, ödəniş formasının dəyişməsi, fərdi məlumatlardakı dəyişikliklər və digər məlumatları “Tələbə-məzun” informasiya sisteminə daxil edir.

Bizim.Media "AzEdu.az"a istinadən xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
 

Nəşrdə bildirilib ki, ötən il təhsil haqqının ödənilməməsi, dərs buraxılması və ya tələbənin öz istəyi ilə ali təhsil müəssisəsindən xaric edilməsi səbəbindən ümumilikdə 12 969 tələbə təhsil müəssisəsindən xaric olunub.


Onlardan 6 122-si bakalavriat, 1 897-si magistratura, 2 624-ü tam orta ixtisas bazası, 2 326-sı isə ümumi orta ixtisas bazası üzrə olub.

Hesabata əsasən, akademik borca görə 938 tələbə təhsil müəssisəsindən xaric edilib. Onlardan 684-ü bakalavriat, 36-sı magistratura, 73-ü tam orta ixtisas bazası, 145-i isə ümumi orta ixtisas bazası üzrə qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO