Cəmi 4 həftəyə qocalmanı dayandırmaq mümkündür - Bu YOLLA

Cəmi 4 həftəyə qocalmanı dayandırmaq mümkündür - Bu YOLLA

Hazırda oxunan: Cəmi 4 həftəyə qocalmanı dayandırmaq mümkündür - Bu YOLLA

620272

Yeni araşdırma göstərir ki, qidalanma rejimində edilən qısamüddətli dəyişikliklər belə bioloji yaş göstəricilərinə nəzərəçarpan dərəcədə təsir göstərir.

Bizim.Media "Hürriyet.com"a istinadən xəbər verir ki, xüsusilə liflə zəngin, emal olunmuş qidalardan uzaq və bitki mənşəli bəslənmə forması 65 yaşdan yuxarı insanlarda daha müsbət nəticələrlə qeydə alınıb.
 

Qocalma prosesi əksər vaxt illər keçdikcə irəliləyən yavaş bir mərhələ kimi qəbul edilir. Lakin yeni elmi tədqiqat bədənin bəzi qocalma göstəricilərinin qidalanma vərdişlərinə sanıldığından daha sürətli reaksiya verdiyini sübut edib.


Araşdırma nəticələrinə görə, cəmi 4 həftəlik sağlam qidalanma modeli bəzi iştirakçıların bioloji yaş göstəricilərində müsbət dəyişikliklərə səbəb olub. Bu nəticə "nə yeməyimizin" təkcə çəkimizə deyil, həm də hüceyrə səviyyəsində qocalma prosesinə birbaşa təsir etdiyinə işarə edir.

Məlumdur ki, xronoloji yaş insanın doğum tarixinə əsaslanan təqvim yaşıdır.

Bioloji yaş isə orqanizmin hüceyrə və molekulyar səviyyədə nə dərəcədə sağlam qocaldığını göstərən bir meyardır.

Bu ölçmədə qan şəkəri, xolesterin, təzyiq və yaşla bağlı dəyişə bilən digər kliniki göstəricilər birlikdə qiymətləndirilir. Başqa sözlə, eyni təqvim yaşında olan iki fərqli insanın bədəninin qocalma sürəti tamamilə fərqli ola bilər. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO