Arvadını öldürmüşdü - Qayınatası onu bağışladı

Arvadını öldürmüşdü - Qayınatası onu bağışladı

Hazırda oxunan: Arvadını öldürmüşdü - Qayınatası onu bağışladı

620030

Goranboyda həyat yoldaşı İ.Talıbovanın qətlində ittiham edilən 39 yaşlı M.Əliyevin (soyadlar şərtidir) məhkəməsi başa çatıb.

Bizim.Media xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Araşdırmalarla müəyyən edilib ki, M.Əliyev həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib.

Belə ki, kişi arvadını digər şəxslərə, eyni zamanda öz xalası oğluna qısqanıb. Bu səbəbdən ailədə münasibətlər kəskinləşib, nəticədə M.Əliyev xanımını bıçaqlayaraq qətlə yetirib.

Mərhumun atası məhkəməyə sənəd təqdim edərək M.Əliyevdən şikayətçi olmadığını bildirib.

Məhkəmənin hökmü ilə M.Əliyevə 9 il həbs cəzası verilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO