Moskva-Naxçıvan reysində İNSİDENT: Qadın qapını açmaq istədi

Moskva-Naxçıvan reysində İNSİDENT: Qadın qapını açmaq istədi

Hazırda oxunan: Moskva-Naxçıvan reysində İNSİDENT: Qadın qapını açmaq istədi

619471

"Utair" aviaşirkətinə məxsus təyyarədə 11 min metr yüksəklikdə sərnişinlərdən biri qapını ayaqyolu ilə səhv salaraq açmağa cəhd edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
 

Xəzər dənizi üzərində uçuş zamanı qadın sərnişin qəfildən təyyarənin xidməti qapısını açmağa başlayıb. Bu zaman göyərtədə həyəcan siqnalı işə düşüb. Bədbəxt hadisənin qarşısı ekipajın çevik reaksiyası sayəsində alınıb.


Belə ki, bələdçilər təyyarə salonunun hermetikliyinin pozulmasına imkan vermədən qadını vaxtında saxlaya biliblər. Sonradan məlum olub ki, qadın ayaqyolu axtarırmış və qapıları səhv salıb.

Buna baxmayaraq, təyyarə təyinat məntəqəsinə çatmayıb, lakin bu, başqa səbəblə bağlı olub. Naxçıvan hava limanı əlverişsiz hava şəraiti ucbatından reysi qəbul edə bilmədiyi üçün təyyarə Gəncə aeroportuna eniş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO