O, Kəlbəcərin ilk və tək məzunudur - FOTO

O, Kəlbəcərin ilk və tək məzunudur - FOTO

Hazırda oxunan: O, Kəlbəcərin ilk və tək məzunudur - FOTO

619042

Bu gün ölkənin ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün" Son zəng" çalınır.

Bizim.Media xəbər verir ki, 33 illik fasilədən sonra Kəlbəcərin B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində cəmi 1 nəfər şagird məzun olur.

İlk və tək məzun Nəzrin Atakişiyeva Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayonu Anar Əliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində oxuyub. Hazırda azad olunmuş Kəlbəcərdə fəaliyyətə başlayan B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin 11-ci sinfini bitirir.

Onun sözlərinə görə, Kəlbəcərin ilk və tək məzunu olmaq onun üçün böyük qürur və məsuliyyətdir: 

"Sinfin yeganə şagirdi olsam da özümü heç vaxt tək hiss etməmişəm. Müəllimlərin və məktəb kollektivinin sevgisi ilə əhatə olundum. Bu gün təkcə öz uğurumu deyil Kəlbəcərin dirçəlişini və gələcəyinə inamı da təmsil etdiyimi düşünürəm. İllər keçsə belə bu uğur və ad unudulmayacaq. Əslində, çox şanslıyam, Kəlbəcərin ilk məzunu kimi yaddaşlarda qalacağam. Məktəbli adından, şagird adından ayrılıram".

Qeyd edək ki, Nəzrin cəmi 1 il Kəlbəcərdə təhsil alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO