Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü

Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü

Hazırda oxunan: Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü

618832

Şəmkirdə kafelərdən birində mübahisə qanla nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə 1999-cu il təvəllüdlü F. Həsənov ürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb.
 

O, dərhal əməliyyata götürülüb. Həkimlərin səyinə baxmayaraq 27 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb. Araşdıma zamanı məlum olub ki, F. Həsənova bıçaq xəsarətini aralarında baş verən mübahisə zamanı 1998-ci il təvəllüdlü S. Tağıyev yetirib.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tağıyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam edir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO