Sumqayıt şəhərinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən Bizim.Media-ya verilən məlumata görə, şəhərin Xəzər bağları yaşayış massivində, Sürücülük məktəbinin arxasında yerləşən d76 mm-lik qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.
Bununla əlaqədar iyunun 10-da saat 12:00-dan etibarən ərazidə yerləşən təxminən 800 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:09 / 10.06.2026
Sumqayıtın bir hissəsində qaz kəsiləcək
Hazırda oxunan: Sumqayıtın bir hissəsində qaz kəsiləcək
Hazırda oxunan: Sumqayıtın bir hissəsində qaz kəsiləcək
618383
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































