Ata-oğulun öldüyü hadisənin- Təfərrüatı

Ata-oğulun öldüyü hadisənin- Təfərrüatı

Hazırda oxunan: Ata-oğulun öldüyü hadisənin- Təfərrüatı

618139

Bakı şəhər Nəsimi rayonu 4-cü mikrorayon ərazisində ata və oğlunun öldüyü hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, 20 Yanvar küçəsi 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin öldüyü hadisədə qaz sızmasının hamamdakı su qızdırıcısına (“ptiminutka”) görə baş verməsi dəqiqləşib.
 

MÖVZU İLƏ BAĞLI: 

Binəqədidə AİLƏ FACİƏSİ – Ata və məktəbli oğlunun meyiti tapıldı – FOTO


Bildirilib ki, iyunun 7-nə keçən gecə Nəsimi rayonunun bir hissəsində içməli suyun verilməsində qısamüddətli fasilə olub. Bu səbəbdən onlar hamamda suyu açıq qoyublar ki, gələndə xəbər tuta bilsinlər. Su verilişi bərpa ediləndə hamamdakı su qızdırıcısı işə düşüb.

Su verilişindəki qısamüddətli kəsintilər səbəbindən qızdırıcıdan qaz sızıntısı başlayıb və mənzilə dolub.Hadisə zamanı Əbülfəz Abıyev və kiçik oğlu Kamran hamam yaxınlığındakı otaqda olduqlarından onlar yatdıqları yerdə qazdan zəhərlənərək ölüblər. Böyük oğlu Nurlan isə digər otaqda imiş.

İyunun 7-si saat 17 radələrində onlardan xəbər ala bilməyən yaxınları qapını açdırıblar və ata ilə 2 oğlunu huşsuz halda aşkar ediblər.

Həmçinin bildirilib ki, Əbülfəz Abıyevin allergiyası olduğundan pəncərələri bağlı saxlayıbmış.

Qeyd edək ki, K.Abıyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub. Ə.Abıyev isə Avropa Azərbaycan Məktəbinin müəllimi imiş.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO