Adam oğurluğunda təqsirləndirilən Elxan Valiev, Əli Xangəldiyev və Vaqif Hüseynovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Bizim.Media xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Valiev və Əli Xangəldiyev 8 il 6 ay, Vaqif Hüseynov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq orqanı tərəfindən Elxan Valiev, Əli Xangəldiyev və Vaqif Hüseynov barəsində Cinayət Məcəlləsinin 144.2.5 (Adam oğurluğu) və 133 (Əzab vermə) maddələri ilə yekun ittiham irəli sürülüb. Onlar bir kişi və bir qadını oğurlamaqda təqsirli bilinirlər. (Pravda.az)
Bizim.Media






































































































