Salyan və Neftçala rayonlarının bəzi yaşayış məntəqələrinə təbii qazın verilişi dayandırılıb.
Bizim.Media xəbər verir ki, buna səbəb təmir-quraşdırma işlərinin aparılmasıdır.
Bildirilib ki, işlərlə əlaqədar olaraq iyunun 8-də saat 10:00-dan etibarən işlər başa çatanadək Salyan rayonunun Boranıkənd, Şorsulu, Dayıkənd, Seyidlər və Sarvan kəndlərinin, həmçinin Neftçala rayonunun Qaçaqkənd, Xolqaraqaşlı, Qırmızıkənd, Dördlər, Xolqarabucaq, Ramazanlı, Xanməmmədli, Qazaxbərəsi, Mürsəqulu, Xoltəzəkənd və Xəzərkənd kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Qeyd olunub ki, təmir-quraşdırma işləri yekunlaşdıqdan sonra təchizat bərpa ediləcək.
Bizim.Media








































































































