Bu ORQAN nə qədər YAŞAYACAĞIMIZI bilir

Bu ORQAN nə qədər YAŞAYACAĞIMIZI bilir

Hazırda oxunan: Bu ORQAN nə qədər YAŞAYACAĞIMIZI bilir

617554

ABŞ alimlərinin apardığı yeni araşdırma göstərib ki, uzun illər əhəmiyyətsiz hesab edilən timus vəzi insanın nə qədər sağlam və uzun ömürlü olacağı barədə mühüm məlumat verə bilər.

Timus döş qəfəsində yerləşən və immun sisteminin formalaşmasında iştirak edən orqandır. Alimlər on minlərlə insanın kompüter tomoqrafiyası (KT) görüntülərini süni intellekt vasitəsilə analiz edərək müəyyən ediblər ki, daha sağlam timusa sahib şəxslərdə ürək-damar xəstəlikləri, xərçəng və vaxtından əvvəl ölüm riski daha aşağıdır.

Bizim.Media "Mass General Brigham"ın araşdırmalarına istinadən xəbər verir ki, timusun vəziyyəti insanın bioloji yaşını və immun sisteminin gücünü göstərən mühüm göstəricilərdən biri ola bilər.

Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə timusun vəziyyətinin qiymətləndirilməsi insanların sağlamlıq risklərini daha erkən müəyyən etməyə və fərdi müalicə üsullarının hazırlanmasına kömək edə bilər.

Aynur Abdullayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO