Somnoloq Karema Maqomedovanın sözlərinə görə, rahat və keyfiyyətli yuxu üçün yataq otağını düzgün hazırlamaq vacibdir.
Bizim.Media xəbər verir ki, mütəxəssisin sözlərinə görə, yaxşı yatmağa işıq keçirməyən pərdələr, rahat döşək və yastıq, xoş yataq dəsti, tam sakitlik və ya “ağ səs” (white noise), eləcə də sakitləşdirici qoxular kömək edə bilər.
Onun sözlərinə görə, yatmazdan əvvəl yataq otağını mütləq havalandırmaq lazımdır ki, otaqdakı hava oksigenlə zənginləşsin. Əgər çöldə hava təmiz və mülayimdirsə, pəncərəni bütün gecə açıq saxlamaq da mümkündür.
Maqomedova qeyd edib ki, ideal yuxu ritualı hər insan üçün fərqlidir. Onun fikrincə, isti vanna və ya duş qəbul etmək, bitki çayı içmək, kağız kitab oxumaq (detektiv janrından uzaq olmaq şərti ilə), əzələləri rahatlaşdıran məşqlər və nəfəs texnikaları gün ərzində yığılan gərginliyi azaltmağa kömək edir. Bu isə daha rahat və dərin yuxuya şərait yaradır. (Ölkə.az)
Bizim.Media


































































































