Rövşən Muradovun ölüm səbəbi AÇIQLANDI

Rövşən Muradovun ölüm səbəbi AÇIQLANDI

Hazırda oxunan: Rövşən Muradovun ölüm səbəbi AÇIQLANDI

617464

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradovun ölüm səbəbi məlum olub.

Bizim.Media xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən “modern.az”a verilən məlumata görə, onun ürəktutmasından vəfat etdiyi ehtimal edilir.

Mərkəzdən əlavə olaraq bildirilib ki, Rövşən Muradovun xatirəsinin anılması ilə bağlı tədbirlər və onu yad etmək imkanları barədə əlavə məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.

Xatırladaq ki, Rövşən Muradov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mühüm beynəlxalq konfransında iştirakını təşkil etmək üçün İstanbulda olarkən qaldığı oteldə qəfil vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO