20 illik nikahlar arasında 2500-dən çox boşanma olub – RƏSMİ

20 illik nikahlar arasında 2500-dən çox boşanma olub – RƏSMİ

Hazırda oxunan: 20 illik nikahlar arasında 2500-dən çox boşanma olub – RƏSMİ
617329
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda 2025-ci ildə 20 və daha yuxarı evlilik müddəti olan şəxslər arasında 2681 boşanma hadisəsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Report.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Statistik məlumatlar göstərir ki, son üç il ərzində boşanmaların ən böyük payı ardıcıl olaraq 10-19 il davam edən nikahların payına düşüb.

2025-ci ildə ümumi boşanmaların sayı 20 675 təşkil edib. Onlardan 7 354-ü 10-19 il davam edən nikahlara, 5 795-i 5 ilə qədər davam edən nikahlara, 4 845-i 5-9 illik nikahlara aid olub.
 

2024-cü ildə isə boşanmaların ümumi sayı 21 384 olub. Bu dövrdə 10-19 illik nikahlar üzrə 7 768, 5 ilə qədər davam edən nikahlar üzrə 5 715, 5-9 illik nikahlar üzrə 5 347, 20 il və daha artıq davam edən nikahlar üzrə isə 2 554 boşanma qeydə alınıb.


Mövcud statistikaya görə, 2023-cü ildə ölkədə 21 688 boşanma qeydə alınıb. Onlardan 7 735-i 10-19 il davam etmiş nikahlara aid olub. Həmin il 5 ilə qədər davam edən nikahlar üzrə 5 814, 5-9 illik nikahlar üzrə 5 805, 20 il və daha uzun müddət davam edən nikahlar üzrə isə 2 334 boşanma rəsmiləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO