Şuşada sutəmizləyici qurğu yenidən qurulub

Şuşada sutəmizləyici qurğu yenidən qurulub

Hazırda oxunan: Şuşada sutəmizləyici qurğu yenidən qurulub

616933

Şuşa şəhərində su təchizatı sistemi bərpa olunaraq istismara verilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, şəhərin içməli su təminatı Kiçik Kirs dağı və Zarıslı su mənbələrindən həyata keçirilir. Şəhərdə 34,5 kilometr su, 27,5 kilometr kanalizasiya şəbəkəsi fəaliyyət göstərir.

Bundan əlavə, gündəlik məhsuldarlığı 5000 kubmetr olan sutəmizləyici qurğu yenidən qurulub.

Şəhərdə iki 400 kubmetrlik və iki 1000 kubmetrlik su anbarı istismar olunur.

Hazırda Şuşada 535 abonent və 30 istehlakçıya xidmət göstərilir.

Xatırladaq ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq Şuşa şəhərinə 368, Böyük Qaladərəsi kəndinə isə 14 ailə köçürülüb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO