Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən AÇIQLAMA

Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən AÇIQLAMA

Hazırda oxunan: Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən AÇIQLAMA

616705

“Space” TV əməkdaşlarının 2026-cı ilin mart və aprel ayları üzrə gecikmiş əməkhaqları tam həcmdə ödənilib”.
 

MÖVZU İLƏ BAĞLI: 

Məşhur aparıcı “Space”dən AYRILDI: “3 aydır maaş verilmir!” - VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə “Space” TV məlumat yayıb.

Bildirilib ki, hazırda şirkətin qeyd olunan dövr üzrə əməkdaşlar qarşısında hər hansı maliyyə öhdəliyi mövcud deyil.

“May ayına aid əməkhaqlarının da yaxın günlər ərzində ödənilməsi nəzərdə tutulur. “Sevilən səhər” verilişinin keçmiş aparıcısının səsləndirdiyi fikirlərə münasibətdə qeyd etmək istərdik ki, sözügedən layihə 9 mart 2026-cı ildən etibarən efirdə yayımlanmağa başlayıb və verilişlə bağlı hər hansı ödəniş məsələsi kanalın yeni rəhbərliyinin fəaliyyət dövrünə aid deyil.

Eyni zamanda bildiririk ki, verilişin reytinq göstəricilərinin gözlənilən nəticələri verməməsi, eləcə də 2026–2027-ci il televiziya mövsümünə hazırlıq çərçivəsində şirkətin yenilənmiş strateji baxışı və proqram siyasətinə uyğun gəlməməsi nəzərə alınaraq, tərəflər arasında qarşılıqlı razılıq əsasında əməkdaşlığa son verilib”, - məlumatda bildirilib.

Qeyd edək ki, aparıcı Könül Muxtarova “Space” TV-dən ayrılıb. Buna 3 aydır maaş ala bilmədiyini səbəb göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO