Təhsil sistemində yeni dövr: ChatGPT məktəblərdə sınaqdan keçiriləcək

Təhsil sistemində yeni dövr: ChatGPT məktəblərdə sınaqdan keçiriləcək

Hazırda oxunan: Təhsil sistemində yeni dövr: ChatGPT məktəblərdə sınaqdan keçiriləcək

616572

“Azərbaycanın “OpenAI” şirkəti ilə imzaladığı razılaşma ölkəni bu təşəbbüsə qoşulan azsaylı dövlətlərin sırasına daxil edir. Qeyd etmək istərdim ki, regionumuzda bu cür razılaşma ilk dəfə əldə olunur və “OpenAI” şirkəti ilə birlikdə bu məhsulun hazırlanması nəzərdə tutulur”.

Bizim.Media “Azərbaycan müəllimi” qəzetinə istinadla xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə məhsul hazırlandıqdan sonra pilot qaydada tətbiq ediləcək və nəticələr müsbət olduğu halda daha geniş auditoriyaya təqdim olunacaq:

“Pilot layihə çərçivəsində düşünürük ki, “Rəqəmsal məktəb” layihəsinə ilk qoşulmuş Bakı şəhəri məktəblərində bunu tətbiq edək, nəticələri öyrənək və əldə olunan nəticələrdən asılı olaraq bu texnologiyanın digər məktəblərdə də tətbiqini genişləndirək.

Bildiyiniz kimi, süni intellekt texnologiyası yeni texnologiyadır və onun təhsil sistemində istifadəsi bir sıra ölkələr tərəfindən sınaqdan keçirilir. Bu cür razılaşmanın əldə olunması onu göstərir ki, Azərbaycan təhsil sistemi süni intellekt texnologiyalarının tətbiqinə açıq yanaşır və ümid edirik ki, bunun tətbiqi ilə həm şagirdlər, həm də müəllimlər üçün yeni dəstək mexanizmləri istifadəyə veriləcək”.

V.Xanlarov qeyd edib ki, “OpenAI” şirkəti “ChatGPT” modelinin və əlaqəli həllərin yaradıcısıdır. Şirkətin “Təhsil üçün ChatGPT” təşəbbüsü mövcuddur və bu təşəbbüs artıq bir neçə ölkə ilə həyata keçirilir.

Bu ölkələr sırasında Estoniya, Sinqapur, Azərbaycan, İtaliyanın müəyyən təhsil sistemləri və az sayda digər ölkələr də yer alır:

“Azərbaycan bu təşəbbüsə qoşulmaqla süni intellektin təhsil sahəsində tətbiqini araşdıran və pilot qaydada həyata keçirməyə hazır olan ilk ölkələrdən biri oldu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO