Uşaqlarda yuxu problemi təkcə onların sağlamlığına deyil, bütün ailənin gündəlik həyat ritminə mənfi təsir göstərir. Bir çox valideyn övladının kifayət qədər yatdığını düşünsə də, son araşdırmalar bunun əksini sübut edir.
Bizim.Media "CNN Health"ə istinadən xəbər verir ki, aparılan sorğulara əsasən, uşaqların 44 faizi yaş qrupuna uyğun tövsiyə edilən yuxu normasını tam ala bilmir.
Ekspertlərin fikrincə, məktəb yaşlı uşaqlar sutka ərzində 9–12 saat, yeniyetmələr isə 8–10 saat yatmalıdırlar.
Tədqiqat göstərir ki, xroniki yuxusuzluq uşaqlarda əsəbilik, diqqət dağınıqlığı və gün ərzində fəallığın aşağı düşməsi ilə nəticələnir.
Mütəxəssislər uşaqlar üçün sabit yuxu rejiminin müəyyənləşdirilməsini, yatmazdan əvvəl telefon və planşet kimi cihazlardan istifadənin məhdudlaşdırılmasını, həmçinin otaqda sakit yuxu mühitinin yaradılmasını tövsiyə edirlər.
Xədicə Paşayeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:41 / 28.05.2026
Uşağın yuxusuzluğu valideynləri də yorur — Araşdırma
Hazırda oxunan: Uşağın yuxusuzluğu valideynləri də yorur — Araşdırma
Hazırda oxunan: Uşağın yuxusuzluğu valideynləri də yorur — Araşdırma
615852
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































