Qəzada ölən Nail tələbə imiş - FOTO

Qəzada ölən Nail tələbə imiş - FOTO

Hazırda oxunan: Qəzada ölən Nail tələbə imiş - FOTO

615848

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda qəzada ölən Nail Əlizadə tələbə olub.

Bizim.Media xəbər verir ki, bu haqda Naxçıvan Musiqi Kolleci paylaşım edib. Qeyd edilib ki, Nail NDU nəzdində Naxçıvan Musiqi Kollecinin III kursunda oxuyub.

Kollecin kollektivi adından məhrumun ailəsinə başsağlığı verilib.

Xatırladaq ki, mayın 23-ü gecə saatlarında Çeşməbasar kəndi ərazisində “Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alan Əlizadə Nail İlham oğlu xəstəxanada vəfat edib. Daha 5 nəfər isə yaralanıb. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO