Prezidentin gəlini xeyriyyə tədbirində - FOTOLAR

Prezidentin gəlini xeyriyyə tədbirində - FOTOLAR

Hazırda oxunan: Prezidentin gəlini xeyriyyə tədbirində - FOTOLAR

615643

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində bəstəkar və pianoçu Sevda Rəhimovanın iştirakı ilə uşaqlar üçün xeyriyyə musiqi ustad dərsi keçirilib. Tədbir “Qüsursuz Nitq” Nitq və Psixologiya İnkişafı Mərkəzi tərəfindən təşkil olunub.

Bizim.Media xəbər verir ki, tədbirdə Alona Əliyeva iştirak edib.

Ustad dərsi çərçivəsində gənc iştirakçılar valehedici musiqi, səs və ritm dünyası ilə tanış olublar, müxtəlif musiqi alətlərinin xüsusiyyətləri haqqında məlumat əldə ediblər və yaradıcı və interaktiv məşğələlərə qatılıblar.

Tədbirdə çıxış edən “Ümidlə gəl” xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyev deyib ki, Heydər Əliyev Fondu, xüsusən də Leyla Əliyeva tərəfindən sağlamlıq imkanları məhdud olan uşaqlara dəstəyin göstərilməsi həmişə xüsusi əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, həyata keçirilən layihələr bu vacib ənənəni davam etdirməyə, uşaqların inkişafı və yaradıcı potensiallarının üzə çıxarılması üçün əlverişli mühit yaratmağa yönəlib.

H.Quliyev dəstəyə ehtiyacı olan uşaqlara göstərdiyi daimi diqqət və qayğıya görə Leyla Əliyevaya minnətdarlığını bildirib, onun təşəbbüslərinin və dəstəyinin bu cür sosial layihələrin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb.

Sevda Rəhimovanın rəhbərliyi ilə keçirilən tədbirdə uşaqlar yeni biliklərin əldə edilməsi ilə yanaşı, həm də yaradıcı və ilhamverici bir atmosferdə vaxt keçirdilər.

Proqramda, həmçinin Rəşid Behbudov adına 2 nömrəli Bakı Musiqi Məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri də səsləndirilib.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO