Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - FOTOLAR

Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - FOTOLAR

Hazırda oxunan: Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - FOTOLAR
615613
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkərana səfəri zamanı şəhid Ülfət Babazadənin ailəsini ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Vətən müharibəsi şəhidi Ülfət Babazadənin xatirəsini ehtiramla yad edib, qəhrəmanımızın həyatı, döyüş yolu, eləcə də ailənin qayğı və ehtiyacları ilə maraqlanıblar.

Qeyd edək ki, Ülfət Qabil oğlu Babazadə Lənkəran rayonunun Daştatük kəndində anadan olub.

O, Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Ülfət Babazadə Xocavənd, Kəlbəcər və Şuşa istiqamətlərində aparılan döyüşlərdə igidlik göstərib.

O, 2020-ci il noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - FOTOLAR - foto 1
Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - FOTOLAR - foto 2
Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - FOTOLAR - foto 3
Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - FOTOLAR - foto 4
Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - FOTOLAR - foto 5
Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - FOTOLAR - foto 6
Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - FOTOLAR - foto 7

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO