Xəbər verildiyi kimi, deputat Bəhruz Məhərrəmov “arvad” sözünün qanunla dəyişdirilməsini təklif edib.
Sitat: “Biz qanunvericilikdə qadını hələ də “arvad” adlandırırıq. Ola bilsin ki, nə zamansa bu, qəbulolunan ifadə olub, amma dil inkişafdadır, münasibətlərin inkişafı, təbii ki, semantikanın da transformasiyası deməkdir. Amma açıq deyək, bu gün heç bir xanım ona qeyd etdiyim bu ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyəti dəyişikliyin aparılması yaxşı olar”.
Doğrudanmı bu söz dəyişdirilməlidir?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan filologiya elmləri doktoru, professor Möhsün Nağıoğlunun sözlərinə görə, Azərbaycanda daha çox “qadın” və “xanım” sözləri qəbul olunur:
“Lakin “arvad” sözündən də istifadə edirik. Klassik ədəbiyyatımızda da o sözə çox rast gəlmək olur. Amma müraciət zamanı “qadın” daha məqsədəuyğundur. Məsələn, Hüseyn Cavidin məşhur sözü var: Sürüklənən bəşəriyyət qadınla yüksələcək!
Şəxsən mən “qadın” sözünə üstünlük verirəm. Qadın sözünün də kökü “xatun”dur. Əvvəl “xatun” olub, sonra “qadın”. Bu isə əsl türk sözüdür”.
Möhsün Nağıoğlu ər-arvad məsələsinə də toxunub:
“Məsələn, nikah zamanı deyirlər ki, sizi ər və arvad elan edirik. “Ər” sözünün müqabilində “arvad” sözü istifadə olunur. Fikrimcə, “arvad” sözündə heç bir qəbahət yoxdur. Sadəcə, “xanım”, “xatun” və “qadın” sözləri daha yüksək və hörmətli ifadələr sayılır”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:12 / 26.05.2026
Azərbaycanda “arvad” sözü qadağan edilə bilər – Vacib açıqlama
Hazırda oxunan: Azərbaycanda “arvad” sözü qadağan edilə bilər – Vacib açıqlama
Hazırda oxunan: Azərbaycanda “arvad” sözü qadağan edilə bilər – Vacib açıqlama
615517
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































