Azərbaycanda işləyən əcnəbilərin sayı AZALIB

Azərbaycanda işləyən əcnəbilərin sayı AZALIB

Hazırda oxunan: Azərbaycanda işləyən əcnəbilərin sayı AZALIB

615376

2026-cı ilin ilk rübünün sonuna Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün qüvvədə olan iş icazəsinə malik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1775 nəfər təşkil edib.

Bizim.Media xəbər verir ki, “modern.az”ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, həmin şəxslərə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələri verilib və ya onların müddəti uzadılıb.
 

Statistikaya əsasən, iş icazəsi alanların 29,4 faizi tikinti sahəsində çalışır. Emal sənayesində çalışanların payı 10,8 faiz, mədənçıxarma sənayesində isə 9,6 faiz təşkil edib.


Bundan əlavə, əcnəbilərin 8,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 5,7 faizi isə ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində fəaliyyət göstərir.

Eyni zamanda qalan 30,3 faiz isə digər sahələr üzrə iş icazəsinə malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO