Bu həftə ardıcıl 5 gün iş OLMAYACAQ

Bu həftə ardıcıl 5 gün iş OLMAYACAQ

Hazırda oxunan: Bu həftə ardıcıl 5 gün iş OLMAYACAQ

615244

Azərbaycanda bu həftə ardıcıl 5 gün qeyri-iş günü olacaq.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 27 və 28-i Qurban bayramı münasibətilə qeyri-iş günü elan edilib.

Mayın 28-də eyni zamanda Azərbaycanda Müstəqillik Günü də qeyd olunur.

Qurban bayramı və Müstəqillik Gününün eyni tarixlərə təsadüf etməsi səbəbindən Əmək Məcəlləsinə uyğun olaraq mayın 29-u da qeyri-iş günü hesab ediləcək.
 

Beləliklə, 27, 28 və 29 may tarixləri ilə yanaşı, həftəsonuna düşən 30 və 31 may da qeyri-iş günləri olacaq. Bununla Azərbaycanda ardıcıl 5 günlük istirahət yaranır.


Əmək Məcəlləsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən əvvəlki iş gününün müddəti bir saat qısaldılır. Bu səbəbdən mayın 26-sı qısaldılmış iş günü olacaq.

Azərbaycanda növbəti iş günü isə iyunun 1-nə təsadüf edəcək. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO