Qazaxıstan generalları Azərbaycanda

Qazaxıstan generalları Azərbaycanda

Hazırda oxunan: Qazaxıstan generalları Azərbaycanda
614962
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstan Respublikası Milli Müdafiə Universitetinin rəisi general-mayor Baurjan Abjanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Qazaxıstanlı qonaqlar əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək gül dəstələri qoyub, ehtiram nümayiş etdiriblər.

Bizim.Media xəbər verir ki, daha sonra Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Qazaxıstan nümayəndə heyətinə universitetin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində həyata keçirilən islahatlar və onların müsbət nəticələri haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Hərb Oyunları Mərkəzini, Heydər Əliyev adına Hərbi İnstitutu və Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edərək yaradılmış şəraitlə tanış olub.

Ziyarət zamanı təhsil müəssisələrinin ərazisində mövcud olan Heydər Əliyev muzeyində qonaqlara Ulu Öndərin həyat yolu və siyasi fəaliyyəti haqqında geniş məlumat verilib.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri xatirə kitabına ürək sözlərini yazıb.

Zəfər Muzeyini ziyarət edən qonaqların diqqətinə Vətən müharibəsi zamanı qazanılmış tarixi qələbənin əhəmiyyəti çatdırılıb.

Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Qazaxıstan generalları Azərbaycanda - foto 1
Qazaxıstan generalları Azərbaycanda - foto 2
Qazaxıstan generalları Azərbaycanda - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO