Mayın 24-dən 25-ə keçən gecə Məkkədə Böyük Həcc ziyarəti dövrü başlanacaq.
Bizim.Media xəbər verir ki, bunu “teleqraf.az”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, zəvvarlar o müddətə kimi müstəqil şəkildə Kəbə evinə ibadət üçün gedib gələcəklər.
"Dünən son zəvvar qrupu da Məkkəyə gəldi və beləliklə, hazırda burada 1150 zəvvar var. Ayın 24-dən 25-ə keçən gecə Böyük Həcc dövrü başlayacaq. Zəvvarların bir hissəsi Minaya gedəcək.
Ayın 25-dən 26-na keçən gecə isə bütün zəvvarları Ərafata yola salacağıq. Beləliklə, ayın 26-ı onlar səhərdən axşama kimi Ərafatda olacaqlar".
Qeyd edək ki, Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:16 / 22.05.2026
Məkkədə Böyük Həcc ziyarəti BU VAXT başlayacaq
Hazırda oxunan: Məkkədə Böyük Həcc ziyarəti BU VAXT başlayacaq
Hazırda oxunan: Məkkədə Böyük Həcc ziyarəti BU VAXT başlayacaq
614862
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































