Gican kəndində sakinlərin problemləri dinlənildi - FOTO

Gican kəndində sakinlərin problemləri dinlənildi - FOTO

Hazırda oxunan: Gican kəndində sakinlərin problemləri dinlənildi - FOTO

614736

Gican kəndində səyyar vətəndaş qəbulu keçirilib.

Vətəndaşların müraciətlərinin yerində araşdırılması, sakinlərin problem və təkliflərinin dinlənilməsi məqsədilə rayon icra hakimiyyətinin başçısı tərəfindən rayonun yaşayış məntəqələrində mütəmadi olaraq səyyar vətəndaş qəbulları keçirilir.

Növbəti səyyar qəbul mayın 21-də rayonun Gican kəndində baş tutub.

Bizim.Media xəbər verir ki, qəbuldan əvvəl rayon rəhbərliyi Qusar-Həzrə yolunun 15-ci km-də sel sularının dağıtdığı su ötürücünün və yol yatağının bərpası ilə əlaqədar görülən işlərlə tanış olmuşdur.
 

Rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş səyyar qəbulda sakinlər təklif və müraciətlərini rayon rəhbərinin diqqətinə çatdırıblar.


Qəbul zamanı Gican kənd ümumi orta məktəbin direktoru təhsil müəsissəsinin fəaliyyəti, şagirdlərin təhsil göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, hazırda məktəbdə 38 nəfər şagird təhsil alır. Sakinlər kənddə əhali sayının getdikcə azalması və onların müxtəlif səbəblərdən kəndi tərk etməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Eyni zamanda, bildirilib ki, kənddə klub və kitabxana binası yoxdur. Kənd məktəbində internet xətti mövcud deyil və bu da tədris prosesində müəyyən çətinliklərə səbəb olur.

Kəndin ərazisində köhnə elektrik dirəklərinin dəyişdirilməsi, stadion üçün ayrılmış ərazinin hasara alınmasına köməklik göstərilməsi və zəruri idman avadanlıqları ilə təchizat, həyətyanı torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi kimi məsələlər də sakinlərin müraciətləri sırasında yer alıb. Qeyd edilib ki, bəzi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin elektron bazada mövcud olmaması səbəbindən sakinlər müəyyən çətinliklərlə üzləşirlər.

Səyyar qəbul zamanı Ukur, Əcəxur, Böyük Muruq, Düztahir və Gican kəndlərinin qazlaşdırılması məsələsi də ətraflı müzakirə edilib.

Podratçı təşkilatın rəhbəri qeyd edib ki, layihə çərçivəsində kənd ərazisində yeraltı qaz xətlərinin çəkilməsi nəzərdə tutulur. Bildirilib ki, əvvəlcə layihə sənədləri hazırlanacaq, daha sonra sakinlərlə fərdi müqavilələr bağlanacaq və qanunvericiliyə uyğun olaraq sakinlər ödənişlərini edəcəklər.




















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO