DYP-dən həftəsonu səfərə çıxan sürücülərə MÜRACİƏT

DYP-dən həftəsonu səfərə çıxan sürücülərə MÜRACİƏT

Hazırda oxunan: DYP-dən həftəsonu səfərə çıxan sürücülərə MÜRACİƏT

614731

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu yollardakı vəziyyətlə bağlı xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, məlumatda deyilir:
 

"Müşahidələr göstərir ki, bir qayda olaraq həftəsonu paytaxt və bölgələr arasında hərəkət intensivliyi yüksəlir. Hər iki istiqamət üzrə səfərlərin sayının artması nəticəsində, xüsusilə avtomagistrallarda nəqliyyat sıxlığı yaranır ki, bu da qəza riskinə təsirsiz ötüşmür.


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, respublika ərazisində nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib.

Bununla yanaşı qeyd olunmalıdır ki, bəzi hallarda sürücülər tərəfindən qaydalara əməl olunmaması, texniki nasazlıq, tələskənlik və diqqətsizlik nəticəsində ağır yol-nəqliyyat hadisələri qaçılmaz olur.

Belə halların qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir:

Səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlayın, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmayın, sürət həddinə və ötmə-manevretmə qaydalarına ciddi riayət edin. Hazırda mövsüm üçün xarakterik olan yağmurlu hava şəraitini, yoldakı real vəziyyəti nəzərə alın. Uzaq məsafələrə səfərləri fasilələrlə qət edin, yorğun, yuxusuz halda sükan arxasına əyləşməyin.

Unutmayın, yolda intizam və məsuliyyət hər bir sürücünün təhlükəsizliyinin əsas təminatıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO