Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbilə təxirə salınan Bakı-Naxçıvan-Bakı reyslərini yenidən bərpa edib.
AZAL-dan Bizim.Media-ya verilən məlumata görə, hazırda bölgədə qeyri-stabil hava şəraiti mövcud olsa da, reyslərin icrasına təhlükə törətmədiyindən sözügedən marşrut üzrə uçuşlar həyata keçirilməyə davam edir.
AZAL vəziyyəti nəzarətdə saxlayır və sərnişinlərin təhkükəsizliyi üçün bütün zəruri tədbirləri görür.
Uçuş cədvəlində hər hansı dəyişiklik baş verdiyi təqdirdə sərnişinlərə müvafiq qaydada məlumat veriləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:21 / 22.05.2026
AZAL Naxçıvan reyslərini yenidən BƏRPA ETDİ
Hazırda oxunan: AZAL Naxçıvan reyslərini yenidən BƏRPA ETDİ
Hazırda oxunan: AZAL Naxçıvan reyslərini yenidən BƏRPA ETDİ
614721
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































