Azərbaycanın sərbəst güləş üzrə U-15 millisinin iki üzvü Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, Hüseyn Əmrahlı (38 kq) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək Avropa çempionu olub.
Paşa Aslan (44 kq) isə finalda ermənistanlı Paşa Xudoyanı 4:1 hesabı ilə üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, qitə birinciliyinə mayın 24-də yekun vurulacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:46 / 21.05.2026
İki güləşçimiz Avropa çempionu OLDU
Hazırda oxunan: İki güləşçimiz Avropa çempionu OLDU
Hazırda oxunan: İki güləşçimiz Avropa çempionu OLDU
614667
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































