“Bakının Baş planı təsdiq olunub. Baş Planın məqsədi daha yaşıl, daha inklüziv, dayanıqlı şəhərsalma infrastrukturunun qurulmasıdır”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Bakıda keçirilən WUF13 çərçivəsində Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə deyib.
Komitə rəsmisi Baş planın prioritetlərini sadalayıb.
O bildirib ki, Baş Plan ictimai nəqliyyatın inkişafını, nəqliyyat sıxlığının azaldılmasını və yaşayış, kommersiya və istirahət xidmətləri ilə daha yaxşı inteqrasiyanı prioritetləşdirir:
"Əsas prioritet şəhər sakinlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. Uğurlu şəhər yalnız binaların hündürlüyü və infrastruktur layihələrinin miqyası ilə ölçülmür. O, vətəndaşların gündəlik həyatının nə qədər rahat, sağlam, təhlükəsiz və əlçatan olması ilə qiymətləndirilir.
Buna görə də baş plan ictimai məkanların inkişafına xüsusi önəm verir. Digər prioritet ətraf mühitin dayanıqlılığı və iqlimə davamlılıqdır. Dünyanın bir çox sahilyanı şəhərləri kimi Bakı da ciddi ekoloji və iqlim problemləri ilə üzləşir. Sonuncu və lakin az əhəmiyyətli prioritet tarixi və mədəni kimliyin qorunmasıdır".
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:19 / 21.05.2026
Bakının Baş planın əsas prioritetləri AÇIQLANDI
Hazırda oxunan: Bakının Baş planın əsas prioritetləri AÇIQLANDI
Hazırda oxunan: Bakının Baş planın əsas prioritetləri AÇIQLANDI
614544
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































