BMT rəsmisindən SƏNƏDSİZ EVLƏRƏ DAİR ÇAĞIRIŞ

BMT rəsmisindən SƏNƏDSİZ EVLƏRƏ DAİR ÇAĞIRIŞ

Hazırda oxunan: BMT rəsmisindən SƏNƏDSİZ EVLƏRƏ DAİR ÇAĞIRIŞ

614301

“Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üçün bu ərazilərin rəsmi şəkildə tanınması və bütün sektorları əhatə edən inteqrə edilmiş həllərin tətbiqi vacibdir”.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.
 

Onun sözlərinə görə, hazırda Azərbaycan Somali ilə birlikdə UN-Habitat-ın mənzil məsələləri üzrə açıq tərkibli işçi qrupu çərçivəsində qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üzrə müzakirələrə həmsədrlik edir.


Anaklaudia Rossbax qeyd edib ki, qeyri-rəsmi yaşayış məntəqələrinin tanınması və bu ərazilərlə bağlı məlumatların statistika və siyahıyaalma sistemlərinə daxil edilməsi əsas prioritetlərdəndir.

UN-Habitat rəhbəri vurğulayıb ki, bu ərazilər yalnız problem zonası deyil, həm də şəhərlərə gələn insanlar üçün təhsil, səhiyyə, məşğulluq və digər imkanlara çıxış qapısıdır.

O əlavə edib ki, qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üçün mənzil, infrastruktur, sosial xidmətlər və maliyyə sahələrini əhatə edən inteqrə edilmiş həllər tələb olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO