Aydın Kərimov: Şuşada 43 çoxmərtəbəli bina tikilir

Aydın Kərimov: Şuşada 43 çoxmərtəbəli bina tikilir

Hazırda oxunan: Aydın Kərimov: Şuşada 43 çoxmərtəbəli bina tikilir

614201

Şuşa şəhərində 43 çoxmərtəbəli binadan və təxminən 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı sessiyada Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

Onun sözlərinə görə, Şuşaya sakinlərin qayıdışı 2024-cü ilin ortalarından başlayıb.

A. Kərimov qeyd edib ki, Böyük Qayıdış Proqramının ikinci mərhələsində əlavə yaşayış binalarının tikintisi də planlaşdırılır.
 

O bildirib ki, yeni yaşayış məhəllələri mərkəzləşdirilmiş istilik sistemlərinə qoşulur, binalar isə milli enerji səmərəliliyi standartlarına uyğun inşa edilir.


A. Kərimovun sözlərinə görə, Şuşada yenidənqurma prosesi yalnız yaşayış fondunun yaradılmasını deyil, həm də tarixi və mədəni irsin bərpasını əhatə edir.

O vurğulayıb ki, indiyədək şəhərdə 30-a yaxın tarixi abidə, o cümlədən 5 məscid və 1 kilsə tam bərpa olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO