Bakıda kanat yolu TİKİLƏCƏK

Bakıda kanat yolu TİKİLƏCƏK

Hazırda oxunan: Bakıda kanat yolu TİKİLƏCƏK

614141

Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bunu Bakı şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda paytaxtda ictimai nəqliyyat sisteminin inkişafı istiqamətində geniş işlər aparılır.

E.Əzizov qeyd edib ki, Bakıda 140 kilometrdən çox avtobus zolağı və 80 kilometr uzunluğunda velosiped yolu yaradılıb.

O bildirib ki, metro infrastrukturunun genişləndirilməsi ilə yanaşı, şəhər üçün yeni nəqliyyat həllərinin tətbiqi nəzərdə tutulur.

"Bu layihələr şəhərdə mobilliyin artırılmasına, nəqliyyat sıxlığının azaldılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək",- Bakı meri vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO