Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı AÇIQLAMA

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı AÇIQLAMA

Hazırda oxunan: Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı AÇIQLAMA
614118
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bakı-Tiflis-Bakı sərnişin qatarı bərpası məsələsi dünən Azərbaycan Respublikasının Prezidenti və Gürcüstanın Baş Naziri arasında müzakirə olunub".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında qeyd edib.

"Hər iki ölkənin liderlərinin verdikləri tapşırıqlara uyğun olaraq aidiyyatı qurumlar bu istiqamətdə fəaliyyət göstərirlər. Bu gün hər iki ölkənin birgə qərarı ictimaiyyətə təqdim olundu", - deyə Prezidentin köməkçisi vurğulayıb.

Hikmət Hacıyev quru sərhədlər bağlı olduğu halda sərnişindaşımanın necə həyata keçiriləcəyi barədə suallara da münasibət bildirib:

"Hələki işlər aparılır. Hesab edirik ki, sərnişin daşınması ilə əlaqədar dəmiryolu nəqliyyatının Gürcüstan və Azərbaycan arasında bərpasının təmin olunması barədə məsələnin həlli yolları var".

Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO