Çox işləmək piylənməyə səbəb olur

Çox işləmək piylənməyə səbəb olur

Hazırda oxunan: Çox işləmək piylənməyə səbəb olur

613584

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir.

Bizim.Media xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlili göstərib ki, insanların daha uzun saatlar işlədiyi yerlərdə piylənmə səviyyəsi daha yüksək olur.

Alimlər bunu xroniki stress, idmana vaxt qalmaması və "qaça-qaça" qidalanma vərdişi ilə izah edirlər.

Tədqiqatın müəlliflərinə görə, daha sərbəst qrafik insanlara daha yaxşı yatmağa, daha çox hərəkət etməyə və qidalanmasına daha diqqətli yanaşmağa kömək edir. (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO