Ordubad və Şahbuz rayonlarına dolu düşdü

Ordubad və Şahbuz rayonlarına dolu düşdü

Hazırda oxunan: Ordubad və Şahbuz rayonlarına dolu düşdü

613555

Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit və yağıntılı hava şəraiti müşahidə olunur.

Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən bildirilib ki, Ordubad rayonunun Parağaçay qəsəbəsində və Şahbuz rayonunun Biçənək kəndində dolu yağması qeydə alınıb.

Müşahidələrə əsasən, dolunun diametri Parağaçayda 5, Biçənəkdə 6 millimetr təşkil edib.

Hazırda yağıntılı hava şəraiti davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO