Sərnişinlərin NƏZƏRİNƏ – Metronun iş rejimi dəyişdirilir – RƏSMİ

Sərnişinlərin NƏZƏRİNƏ – Metronun iş rejimi dəyişdirilir – RƏSMİ

Hazırda oxunan: Sərnişinlərin NƏZƏRİNƏ – Metronun iş rejimi dəyişdirilir – RƏSMİ

613260

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-də gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən Bizim.Media-ya məlumat verilib.
 

Bildirilib ki, oaytaxtda keçiriləcək mədəni-kütləvi tədbirlər və əməliyyat planına uyğun olaraq, sərnişin axınının təhlükəsiz və fasiləsiz idarə olunması məqsədilə qatarların hərəkət qrafikində dəyişikliklər ediləcək.


Belə ki, tədbirin ilk günü – mayın 17-si qeyri-iş gününə təsadüf etsə də, qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təmin olunacaq. Həmin gün “28 May–Əhmədli” və əks istiqamətdə interval 2 dəqiqə 30 saniya təşkil edəcək.

Sessiyanın digər günlərində isə qatarlar ənənəvi iş günü qrafikinə uyğun, texniki cəhətdən mümkün olan ən sıx hərəkət rejimində fəaliyyət göstərəcək. “28 May–Əhmədli” sahəsində interval 1 dəqiqə 45 saniyə olacaq.

Bənövşəyi xətdə, həmçinin “Əhmədli–Həzi Aslanov” və “Cəfər Cabbarlı–Xətai” məkik hərəkət mənzillərində qrafik dəyişdirilməyəcək.

Bundan əlavə, sərnişin sıxlığının operativ tənzimlənməsi məqsədilə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Qeyd edək ki, WUF13 günlərində Bakı metropolitenində könüllülər də fəaliyyət göstərəcəklər. Ümumilikdə 56 könüllü 9 stansiyada növbəli rejimdə (07:00-15:00 və 15:00-22:00) çalışaraq sərnişinlərə, tədbir iştirakçılarına dəstək olacaq.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO