Rəqəmsal dövrdə ailə necə qorunur? - FOTO

Rəqəmsal dövrdə ailə necə qorunur? - FOTO

Hazırda oxunan: Rəqəmsal dövrdə ailə necə qorunur? - FOTO

613107

İlahiyyat İnstitutunda “Ailə dəyərləri” mövzusunda açıq dərs keçirilib

Mayın 14-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ailə dəyərləri” mövzusunda açıq dərs keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirak ediblər.
 

Açıq dərsin keçirilməsində məqsəd milli ailə dəyərlərinin təşviqi, mənəvi dəyərlərə hörmət hissinin aşılanması, gənc nəslin gələcəkdə sağlam təməllər üzərində ailə qurmağa hazırlanması istiqamətində maarifləndirmə fəaliyyətinin gücləndirilməsi və ailə institutunun qorunmasında gənclərin rolunun artırılmasıdır.


Açıq dərsdə ali təhsil müəssisəsinin İslamşünaslıq ixtisasının I kurs tələbəsi Rizvan İbrahimli “Ailə: milli-mənəvi kimliyin formalaşdığı ilk məktəb”, Dinşünaslıq ixtisasının III kurs tələbəsi Natavan Həbibova “Ana: dəyərlərin ilk müəllimi və cəmiyyətin görünməyən memarı”, İslamşünaslıq ixtisasının II kurs tələbəsi Fatimə İsrafilova “Ata modeli: məsuliyyət, liderlik və mənəvi nümunə”, Dinşünaslıq ixtisasının III kurs tələbəsi Seyidəli Rzazadə “Ekranlar arasında itən ünsiyyət: rəqəmsal dövrdə ailə necə qorunur?” mövzularında təqdimatlarla çıxış ediblər.

Tədbirdə təqdimatlarla çıxış edən tələbələrə təşəkkürnamələr təqdim olunub.




























Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO