Komitə sədri boşanmaların artmasının səbəbini AÇIQLADI

Komitə sədri boşanmaların artmasının səbəbini AÇIQLADI

Hazırda oxunan: Komitə sədri boşanmaların artmasının səbəbini AÇIQLADI

613098

“Müşahidələr onu göstərir ki, Azərbaycan ailələri müxtəlif ölkələrdə mövcud olan ailə modellərinə bənzəməyə başlayıb”.

Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İlahiyyat İnstitutunda keçirilən “Ailə dəyərləri” mövzusunda açıq dərsdə deyib.

O bildirib ki, boşanmalara səbəb Azərbaycan ailə modelinə yad elementlərin daxil edilməsidir:

"Boşanmaların sayının artmasına səbəb nə iqtisadi çətinliklər, nə ailə davranışı, nə rəqəmsal texnologiyaların istifadəsi deyil. Bizə uyğun olmayan, Azərbaycan mühitinə xas olmayan yad elementləri ailələrimizə daxil etməklə ailə modelini dəyişməyə, ailə modelinin deqradasiyasına gətirib çıxarmışıq".

Sədr gənclərə gələcəkdə qurduqları ailələrdə Azərbaycan ruhunu qorumağı tövsiyə edib.

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO