Anbar yanğını ilə bağlı “Birmarket”dən müştərilərinə MÜRACİƏT

Anbar yanğını ilə bağlı “Birmarket”dən müştərilərinə MÜRACİƏT

Hazırda oxunan: Anbar yanğını ilə bağlı “Birmarket”dən müştərilərinə MÜRACİƏT

612947

“Ötən gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarımızda baş vermiş yanğın hadisəsi zamanı operativ və peşəkar müdaxiləsi ilə alovun daha da genişlənməsinin qarşısını alan aidiyyatı dövlət qurumlarına minnətdarlığımızı bildiririk”.

Bu barədə “Birmarket”dən Bizim.Media-ya verilən açıqlamada qeyd olunub.

“Bu xoşagəlməz hadisə bizi kədərləndirsə də, ən böyük təsəllimiz heç bir əməkdaşımızın xəsarət almamasıdır.

Qeyd edək ki, komandamızın gecə boyu davam edən fasiləsiz fəaliyyəti nəticəsində Birmarket platformasının işi artıq tam şəkildə bərpa olunub. Hazırda müştərilərimiz platforma üzərindən istədikləri məhsulu rahatlıqla sifariş edə bilərlər. Cari sifarişlərin ünvanlara heç bir gecikmə olmadan çatdırılması üçünsə bütün imkanlarımızı səfərbər etmişik.
 

Bizim üçün ən önəmli dəyər tərəfdaşlarımızın və müştərilərimizin bizə olan inamıdır. Hazırda dəyən ziyanın dəqiq qiymətləndirilməsi aparılır. Məhsullarını anbarımızda saxlayan bütün satıcılarımıza dəyən zərər sığorta mexanizmlərimiz çərçivəsində, tam şəkildə və operativ olaraq kompensasiya ediləcək. Heç bir partnyorumuz bu prosesdə tək qalmayacaq.


Bununla yanaşı, hadisə səbəbindən sifarişi ləğv edilmək məcburiyyətində qalan müştərilərimizə tərəfimizdən xüsusi imtiyazlar təqdim ediləcək. Bu haqda həmin istifadəçilərə platforma daxilində fərdi bildirişlər göndəriləcək.

Bu çətin anlarda bizə dəstək mesajları göndərərək həmrəylik nümayiş etdirən müştərilərimizə və tərəfdaşlarımıza təşəkkür edirik”, -deyə açıqlamada bildirilib.

Xatırladaq ki, ötən gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş verən yanğın bu gün səhər saatlarında söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO