Kirayədə yaşayanların NƏZƏRİNƏ – Qiymət limit tətbiq olunacaq?

Kirayədə yaşayanların NƏZƏRİNƏ – Qiymət limit tətbiq olunacaq?

Hazırda oxunan: Kirayədə yaşayanların NƏZƏRİNƏ – Qiymət limit tətbiq olunacaq?

612926

Türkiyədə 2026-cı ilin aprel ayına dair inflyasiya göstəricilərinin açıqlanmasından sonra yaşayış və qeyri-yaşayış obyektləri üzrə kirayə artımı üçün tətbiq ediləcək maksimum hədd məlum olub.

Belə ki, qardaş ölkədə kirayə haqlarında artım 12 aylıq inflyasiya ortalamasına uyğun hesablanır.

Yeni hesablamalara görə, aprel ayında kirayə və iş yerləri üçün tətbiq ediləcək maksimum artım faizi 32,43% təşkil edir.

Qeyd edək ki, əvvəlki ayda bu göstərici 32,82% səviyyəsində olmuşdu.

Bu qərarın mahiyyəti ondan ibarətdir ki, ev sahibləri kirayə haqlarını istədikləri qədər artıra bilməzlər. Müəyyən edilən faiz həddi kirayə artımı üçün maksimum limiti göstərir.

Bu mexanizm kirayə bazarında kəskin qiymət artımlarının qarşısını almaq və kirayəçiləri qorumaq məqsədi daşıyır.

Bəs belə bir qaydanın ölkəmizdə tətbiq imkanları nə qədər real görünür?

Mövzunu Bizim.Media üçün şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib ki, Türkiyədə kirayə haqlarına qoyulan maksimum limit ölkədəki 2 rəqəmlə ifadə olunan infilyasiya ilə bağlıdır:

“Bu qayda kirayə bazarında süni qiymət artımının qarşısını almaq məqsədi daşıyır. Hesab olunur ki, yeni qayda kirayə mənzil bazarında bir nizam yaradacaq. Amma bu tənzimləmə siyasəti müvəqqəti xarakter daşıyacaq. Çünki Türkiya iqtisadiyyatı bazar münasibətləri üzərində qurulub.
 

Ona görə də bazar münasibətlərinə inzibati yolla müdaxilə ancaq müvəqqəti xarakter daşıya bilər. Uzun perspektivdə bazar yenə də öz şərtlərini diqtə edəcək. Əgər tələb təklifi üstələyəcəksə, yenə də kirayə mənzillərin qiyməti artacaq.


Kirayə mənzil bazarında qiymətləri tənzimləmək üçün inzibati metodlara yox, alternativlərə açıq olmaq lazımdır. Dövlət maraqlı olmalıdır ki, tikinti sektoru daha da inkişaf etsin və bazara daha çox mənzil təklif olunsun.

O ki qaldı Azərbaycanda kirayə mənzil bazarına inzibati müdaxiləyə...

Belə bir addımın atılacağına inanmıram. Çünki Azərbaycanda infilyasiyanın həcmi Türkiyə ilə müqayisədə xeyli aşağıdır. Mərkəzi Bankın verdiyi məlumata görə ölkəmizdə kirayə mənzillərin qiyməti, mənzillərin satış qiymətləri kimi sürətlə artmır. Ona görə də Türkiyə təcrübəsinin yaxın illərdə ölkəmizdə tətbiqi perspektivi yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO