Ruhlar həqiqətən mövcuddurmu?

Ruhlar həqiqətən mövcuddurmu?

Hazırda oxunan: Ruhlar həqiqətən mövcuddurmu?

612615

İnsanların bəzən “ruh gördüm”, “evdə qəribə varlıq hiss etdim” və ya “məkan qorxulu idi” kimi təsvir etdikləri halların arxasında elmi səbəb dayana bilər.

Bizim.Media xəbər verir ki, yeni araşdırmaya görə, belə hisslərin yaranmasına infrasəs — insan qulağının eşidə bilmədiyi aşağı tezlikli səs dalğaları səbəb ola bilər.

Araşdırmanın müəlliflərindən biri Kanadanın MacEwan Universitetinin psixologiya professoru Rodney Schmaltzdır.

Tədqiqat zamanı 36 könüllü infrasəsə məruz qoyulub. Onlar bu səsi şüurlu şəkildə eşitməsələr də, bədənlərinin ona reaksiya verdiyi müəyyən edilib.

Alimlərin sözlərinə görə, infrasəs iştirakçılarda əsəbilik, daxili narahatlıq və mənfi emosional reaksiya yaradıb. Həmçinin stress hormonu olan kortizolun səviyyəsində artım müşahidə olunub.

Professor Schmaltz bildirib ki, infrasəs xüsusilə köhnə binalarda, zirzəmilərdə, boru sistemlərində, ventilyasiya qurğularında və istilik avadanlıqlarında yarana bilər.
 

“İnsan qəribə narahatlıq hiss edir, amma bunun səbəbini görmür və eşitmir. Əgər ona həmin yerin “ruhlu” olduğu deyilibsə, bu hissi paranormal hadisə kimi yozması mümkündür”, - deyə alim izah edib.


Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, infrasəs insanların mütləq “ruh gördüyünü” sübut etmir. Sadəcə, bu səs dalğaları insanda izahsız qorxu, gərginlik və narahatlıq yarada bilər.

Alimlər hesab edirlər ki, insanların paranormal kimi qəbul etdiyi bəzi hadisələr əslində köhnə binalardakı texniki sistemlər, titrəyən borular və aşağı tezlikli səs dalğaları ilə bağlı ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO